Now Reading:
Mühacirlərin qohumlarının polisə aparıldığı deyilir
Full Article 50 second read


Almaniyada mühacir olan Tural Sadıqlının atası Əlövsət Sadıqlının sərbəst buraxıldığı deyilir.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib. Hüquq müdafiəçisinin bildirməsinə görə, Ə.Sadıqlı ilə polisdə söhbət aparılıb.

+++

Almaniyada mühacir olan Tural Sadıqlının atası Əlövsət Sadıqlını dünən, fevralın 18-də yaşadığı mənzildən polisin apardığı bildirilir.

Bu barədə məlumatı T.Sadıqlı özü yayıb. Onun bildirməsinə görə, Ə.Sadıqlı ilə birgə bir xəstə qonşusu da saxlanıb: ​«65 yaşlı atamı və onkoloji xəstə olan bir qonşumuzu polislər tutub aparıblar».

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə bildirib ki, Ə.Sadıqlı «Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Şura üzvüdür. ​«Davam edir 37… buna deyirlər. T.Sadıqlının tənqidi çıxışlarına görə onun ailəsindən, atasından qisas alırlar», – hüquq müdafiəçisi vurğulayıb.

O.Gülalıyevin bildirməsinə görə, hazırda Ə.Sadıqlının axtarılması ilə bağlı vəkillə müqavilə bağlamaq istəyirlər. Hələlik vəkilin kim olacağı bilinmir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.