Now Reading:
Müəllimlərdən rüşvət istəyən qalmaqallı direktor işdən çıxarıldı
Full Article 30 second read


Müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılan Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub.

Bu barədə “Qafqazinfo”ya məlumatı rayon Təhsil Şöbəsinin kadr məsələləri üzrə mütəxəssisi Ələkbər Niftiyev verib. O bildirib ki, səs yazısı və araşdırma işləri aparıldıqdan sonra direktor işdən çıxarılıb. Dünəndən etibarən L. Seyfullayev artıq direktor vəzifəsini icra etmir.

Xatırladaq ki, direktor məktəbin müəllimi Azad Dadaşovu 50 manat rüşvət vermədiyi üçün təhqir etmiş, pedaqoji şurasının iclasında müəllimləri A. Dadaşova qarşı ərizə yazmağa çağırmışdı.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.