Now Reading:
MTRŞ-dan Mirşahinin televiziya açmasına reaksiya: “Getsin açsın, bizə dəxli yoxdur”
Full Article 40 second read


Fəaliyyətini dayandırmış ANS-in vitse-prezidenti Mirşahin Ağayevin yeni televiziya açması ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bunun MTRŞ-ya heç bir aidiyyatı olmadığını deyib:

“Kimsə internet televiziyası açırsa, bunun MTRŞ-ya heç bir aidiyyatı yoxdur. Mən də saytlardan oxumuşam ki, Mirşahin internet televiziyası açır. Bunun bizə heç bir dəxli yoxdur, gedib açsın. Biz buna müdaxilə edə bilmərik. Biz MTRŞ tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində müsabiqə elan etmişdik. O, bununla bağlı bizə müraciət etməyib. Mirşahin müsabiqədə iştirak etsəydi, məlumatımız olardı”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.