Now Reading:
MSK-ya hesabat verən partiyaların sayı 42-yə çatıb
Full Article 50 second read

MSK-ya hesabat verən partiyaların sayı 42-yə çatıb



Mərkəzi Seçki Komissiyasına illik hesabat verən partiyaların sayı artıb. Partiyalar hər il aprelin 1-dək illik maliyyə hesabatı təqdim etməlidir. Aprelin 4-dək MSK-nın saytında 32 siyasi partiyanın maliyyə hesabatları yer almışdı. Novator.az-ın məlumatına görə, aprelin 13-dək hesabat təqdim edən partiyaların sayı 42-yə çatıb (Hesabatlar). Ölkədə dövlət qeydiyyatına alınmış 55 siyasi partiya var.

Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası kimi tanınmış siyasi təşkilatların hesabatlarından 2016-cı il ərzində hər hansı gəlirin və xərcin olmadığı görünür.

Hakim Yeni Azərbaycan Partiyası 2016-cı ildə 7 milyon 736 min 860 manat gəlir əldə edib. Partiyanın xərcləri isə 6 milyon 373 min 631 manat olub.

Müsavat Partiyası 2016-cı ildə 6 min 372 manat gəlir əldə etdiyi, bir o qədər də xərclədiyi haqda hesabat verib.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: