Now Reading:
MSK-nın seçkilərlə bağlı rəqəmləri dəyişmir
Full Article 50 second read

Seçki Məcəlləsinə görə, Azərbaycanda keçirilən seçkilərdə və referendumlarda səslərin sayılması fasiləsiz olaraq aparılmalıdır. Bütün dünyada səslərin hesablanması prosesi şəffaf aparılır və ictimaiyyət hər seçki qutusu açıldıqca dəyişən rəqəmləri müşahidə edə bilir.



Dünən saat 23 radələrində MSK-nın yaydığı məlumatda bildirilirdi ki, prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.

MSK sədri deyib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Elan olunub ki, İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

MSK-nın məlumatına görə, seçici fəallığı 74,51 faiz olub.

MSK-nın keçirdiyi mətbuat konfransından sonra 12 saat vaxt keçməsinə baxmayaraq, MSK-nın saytında səslərin hesablanması ilə bağlı rəqəmlər dəyişmir.

Bastainfo.com

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: