Now Reading:
MSK: “AZƏRBAYCANDA PEŞƏKAR SEÇKİ TƏCRÜBƏSİ YARANIB”
Full Article 1 minutes read


Mərkəzi Seçki Komissiyası (MSK) indiyənə qədər Azərbaycanda keçirilən seçkilər zamanı geniş təcrübə əldə edib və artıq Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb”.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov MSK-nın aşağı seçki komissiyaları üzvlərinin maarifləndiriliməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərin açılış mərasimində deyib.

M.Rəhmov vurğulayıb ki, Azərbaycan Seçki Məcəlləsi dünyanın qabaqcıl Seçki Məcəllələrindən biridir və Avropa Şurasının ekspertizasından keçib. M.Rəhimov bildirib ki, Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şəraiti yaradıb. M.Rəhimov vurğulayıb ki, əvvəllər seçkilər zamanı müəyyən problemlər yaranırdı, bəzi seçki dairələrində seçkilərin nəticələri ləğv edilirdi, ancaq son illərdə qazanılmış təcrübə və seçkilərin peşəkar qaydada keçirilməsi nəticəsində ciddi nöqsanlara yol verilmir.

M.Rəhimov bildirib ki, MSK seçkilərin keçrilməsində böyük rolu olan aşağı seçki komissiyaların üzvlərinin peşəkarlığının artırılmasına daim diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir: “Bu günki treninqlərin də məqsədi sizlərin peşəkarlığını artırmaqdır. Biz hər birimiz ölkədə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əlimizdən gələni etməliyik”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.