Now Reading:
Mövlud Çavuşoğlu: “ABŞ terrorçuların dili ilə danışır”
Full Article 40 second read


“PYD və YPG terrorçuları Türkiyə üçün real təhdiddir”.

Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonla Afrin əməliyyatını müzakirə etdiyini bildirib.

“Tillerson Suriya ərazisindən PYD və YPG bölmələrinin Türkiyə ərazisinə raket zərbəsi endirmədiyini bildirdi. ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır. Ona dedim ki, faktları başqa mənbələrlə də dəqiqləşdirsin. Terrorçulara inanmasın”.

Çavuşoğlu bildirib ki, Birləşmiş Ştatlar terrorçulardan sitat gətirmək əvəzinə Türkiyənin təqdim etdiyi faktlara inanmalıdır.

Xatırladaq ki, dünən PYD və YPG terrorçularının Türkiyənin Hatay vilayətini atəşə tutması nəticəsində bir nəfər ölüb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.