Now Reading:
Mövlam Şıxəliyevin “bandotdel”ə aparılması xəbəri yayıldı
Full Article 40 second read

Mövlam Şıxəliyevin “bandotdel”ə aparılması xəbəri yayıldı



Ləğv edilmiş MTN-nin İstintaq baş idarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev yanvarın 13-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel” aparılıb. Gununsesi.info-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M. Şəxəliyevin “Bandotdel”ə aparılmasınını səbəbi “MTN işi”ndə zərərçəkən şəxslərə ödəniləcək pulların qaytarılmamasıyla bağlıdır. Mənbənin verdiyi məlumata görə, M.Şıxəliyevin indiyədək azadlıqda qalmasının səbəbi də  məhz  onun MTN-də istintaqa cəlb edilən şəxslərdən qanunsuz olaraq aldığı pulları geri qaytarması ilə bağlı olub. Ancaq 1 ildən artıq zaman keçməsinə baxmayaraq, Mövlam Şıxəliyev həmin pulları qaytarmayıb.

Qeyd edək ki, əməkdaşımız M.Şıxəliyeva məxsus telefonlara zəng etsə də, həmin nömrələr daxil olan zəngləri qəbul etmir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.