Now Reading:
Moskvada erməni deputatları saymırlar
Full Article 50 second read


Moskvada hava limanında Ermənistan deputatlarının sıravi sərnişinlər kimi yoxlanılması, saatlarla növbədə saxlanılması gərginliyə səbəb olub.

Azvision.az xəbər verir ki, Rusiyada erməni deputatlara münasibət Yerevanda narazılıq yaradıb. “Yelk” fraksiyasının nümayəndəsi Sasun Mikayelyan bildirib ki, Moskva aeroportunda erməni deputatlarla bağlı qalmaqala cavabdeh şəxs Edvard Nalbandyandır.

Onun sözlərinə görə, əvvəllər də erməni deputatlar Moskvada hava limanında axtarış və yoxlamalara məruz qalıblar, amma hansısa səbəbdən bu barədə susmağa üstünlük verilib.

Erməni spiker Ara Babloyan və digər 104 deputatın diplomatik pasportu var. Yəni hava limanı əməkdaşlarının onlara qarşı sadə vətəndaşlara tətbiq edilən kimi davranmağa ixtiyarı yoxdur.

“Xaricdə erməni diplomatik pasportlarına bu cür münasibət bəslənirsə, bunu görməzdən gəlmək olmaz. Ermənistan cəmiyyəti diplomatik pasportlara qarşı edilən hörmətsizlikdən xəbərdar olmalıdır, bu hörmətsizliyə səbəb, son vaxtlar diplomatik pasportların kimə gəldi yerli-yersiz verilməsidir”,- deyə bildirilib.

Ermənistan XİN başçısının müavini Şavarş Köçəryan da baş verənlərin qəbuledilməz olduğunu deyib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.