Now Reading:
Moskvada avtobus dayanacağa girdi: yaralananlar var
Full Article 50 second read


Rusiya paytaxtı Moskvada marşurut avtobusu dayancağa girib.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, Moskva Şəhər Polis İdarəsinin rəisi Yuri Titov qəzanın sürücünün idarəetməni itirməsi üzündən baş verdiyini bildirib.

Onun sözlərinə görə, avtobus sürücüsü başqa bir nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün manevr edib və bu zaman idarəetməni itirərək avtobusu dayanacağa sürüb: “Qəza nəticəsində ölən olmayıb, ancaq 3 nəfər yaralanıb. Bu hələlik ilkin məlumatdır”.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin- 41 yaşlı sərnişinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, qəzadan sonra polis iki nəfərin öldüyü və bir nəfərin ağır yaralandığını açıqlamışdı.

Onu da xatırladaq ki, dekabrın 25-də də Moskvada avtobus qəzası baş vermişdi. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus metro stansiyasının keçidinə girmiş və orada gözləyən insanları vurmuşdu. Nəticədə 5 nəfər ölmüş, 15 nəfər yaralanmışdı.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.