Now Reading:
Misirin keçmiş daxili işlər naziri 7 il azadlıqdan məhrum edilib
Full Article 40 second read

Misirin keçmiş daxili işlər naziri 7 il azadlıqdan məhrum edilib



Misirin keçmiş daxili işlər naziri Həbib əl-Adl dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Hökm aprelin 15-də çıxarılıb.

İnformasiyaya əsasən, keçmiş nazir 196 milyon Misir funtu (11 milyon dollara yaxın) məbləğində cərimə də ödəməlidir. Onunla birlikdə Misir Daxili İşlər Nazirliyinin daha iki keçmiş məmuru mühakimə olunub.

Həbib əl-Adl 2011-ci ilin yanvar ayında etiraz askiyası iştirakçılarının qətlində iştirak etməkdə şübhəli bilinərək, mühakimə olunmuşdu. Ancaq sonradan o bu iddia ilə bağlı bəraət almışdı. Məlumata görə, bu ittihamın da yuxarı məhkəmə orqanında ləğv ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, o, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyəti illərində daxili işlər naziri işləyib.

 

 

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: