Now Reading:
Mirşahin zühur etdi: Real TV-yə müddətsiz lisenziya verildi
Full Article 1 minutes read


Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, REAL TV-nin sahibinin ANS-in payçısı Mirşahin Ağayev olduğu barədə mediada məlumat yayılıb.
Az24.org yada salır ki, lisenziyası ləğv edildikdən sonra sosial şəbəkədə ANS TV-ni tənqid və təhqir edən istifadəçilərə cavab olaraq Mirşahin Ağayev yazmışdı:
“Tələsməyin, bir az uzaqgörən olun, bütün sursatınızı sərf etməyin. Sabah qarşınızda olacam. Qabağımda əliyalın olacaqsınız! Söz verirəm: Heç birinizə rəhm etməyəcəm! Hesabla bu qədər sadəlövh olmamalıdır axı adam! Yəni sizə doğurdan da elə gəlir ki, məni dəfn etmisiniz?! Yanılırsınız “marallar!” ANS-i hakimiyyət yox, kütləvi laqeyidlik bağlayıb! Mənim davam hakimiyyətlə deyil, bu laqeyidliklədir. Uzun müddət yazığım gəldiyindən loyal yanaşdığım siz “anonim şəxsciklərə” olacaq! Heç kimi unutmamışam! Ona görə də ehtiyatlı olun! Mirşahinin zühuruna hazır olun! Az qalıb! Yenə də şəkil çəkdirən siz olacaqsınız, əsas fon mən! Söz verirəm! Mikayıl Müşfiqi də, Hüseyn Cavidi də siz məhv etmisiniz, Mir Cəfər Bağırov yox!”

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.