Now Reading:
Milli Məclisin xüsusi iclası keçirilir
Full Article 50 second read


Milli Məclisin 31 mart Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası keçirilib. 24saat.org xəbər verir ki, iclası açıq elan edən Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb və sərəncamda Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib. “Bu gün də Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası keçirilir” – deyən spiker soyqırımı qurbanlarının xatirəsinin anılması üçün 1 dəqiqəlik sükut elan edib.

Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək. Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir.

Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.