Now Reading:
Milli Məclisdə cəbhə dinləmələri
Full Article 50 second read

Milli Məclisdə cəbhə dinləmələri



Milli Məclisdə «Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri» adlı dinləmələr keçirildiyi bildirilir.

«Report»un xəbərinə görə, dinləmələrdə Milli Məclisin rəhbərliyi, deputatlar, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Hərbi Prokurorluğun nümayəndələri və QHT təmsilçiləri iştirak edir.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.