Now Reading:
Milli Məclisdə Avropa Birliyi ilə viza məsələsi qaldırıldı
Full Article 50 second read

Milli Məclisdə Avropa Birliyi ilə viza məsələsi qaldırıldı



Zahid Oruc: Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub

Avropa Birliyinin GürcüstanUkrayna vətəndaşları üçün vizaların ləğv etməsi Azərbaycan Milli Məclisində müzakirəyə səbəb olub. 

Parlamentin 7 aprel toplantıdında Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub.

Bu tələbi deputat Zahid Oruc gündəmə gətirib.

O, Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb və əlavə edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub. Ancaq bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir. Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa ki, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır.

Aprelin 6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.

24saat.org

Mənbə – www.meydan.tv

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: