Now Reading:
Mikroavtobus “Kamaz”la toqquşdu – xəsarət alanlar var
Full Article 30 second read


Şirvan şəhərində sərnişin mikroavtobusu “KamAZ” markalı yük maşını ilə toqquşub.
24saat.org Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şirvan-Salyan avtomobil yolunda, dəmiryolu tunelindən 200 metr məsafədə qeydə alınıb.

Qəza zamanı mikroavtobusda sürücü ilə birlikdə 11 nəfər olub. Onlardan 5 nəfər – Xankişiyeva Tünzalə Adil qızı, Əliyeva Lətafət Şahüseyn qızı, Dadaşova Şərqiyyə Əbil qızı, Vəliyeva Gülüstan Fazil qızı və Mirzəyeva Sevda Xudaverdi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlar Sabirabad rayon sakinləridir.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.