Now Reading:
Mikayıl Cabbarov özünə yeni müşavirlər təyin etdi
Full Article 30 second read


Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.

Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Cabbarov özünə dörd yeni müşavir təyin edib.

Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir.

Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.

Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı altı nəfərə çatıb.

Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsindən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.