Now Reading:
Mikayıl Cabbarov: “İkili mühasibatlığın aparılması, vergidən yayınma yolverilməzdir”
Full Article 30 second read


“Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Amma bu, o demək deyil ki, nəzarət zəifləyəcək”.

Bunu Vergilər Nazirliyinin “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: “İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər”.

Nazir həmçinin deyib ki, rəhbərlik etdiyi qurum sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.