Now Reading:
MIGA-nın vitse-prezidenti Bakıya gəlir
Full Article 30 second read


Dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (Multilateral Investment Guarantee Agency – MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keyko Honda (Keiko Honda) Azərbaycana səfər edəcək.

“Report”un məlumatına görə, bir gün davam edəcək səfər çərçivəsində K.Honda Prezident İlham Əliyev, maliyyə naziri Samir Şərifov və hökumətin iqtisadi blokuna daxil olan digər rəsmilərlə görüşəcək.

Xatırladaq ki, 2016-cı ilin dekabrında MIGA-nın Direktolar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanət verilməsini təsdiq edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.