Now Reading:
Merkelin partiyasına 9500 avro borcu var
Full Article 30 second read

Merkelin partiyasına 9500 avro borcu var

Almaniyanın kansleri Angela Merkelin sədri olduğu Xristian-demokrat İttifaqı partiyasına 9500 avro üzvlük haqqı borcu yığılıb. Musavat.com xəbər verir ki, məlumatı “Bild am Sonntag” yayıb.
2014-cü ildə Merkelin borcu 4500 avro olub.
2013-cü ildə Xristian-demokrat İttifaqı nizamnaməsində dəyişiklik edib. Düzəlişlərə əsasən, federal hökumətin üzvləri partiya xəzinəsinə maaşlarının 6%-ini ödəməlidirlər.
Nəşrin məlumatına görə, Merkelə dəyişikliklərlə bağlı məlumat verilməyib. Ona görə də əlavə ödənişin partiyanın xəzinəsinə ödənilməsi barədə razılıq əldə edilib.
Qeyd edək ki, satiriklə son qalmaqaldan sonra Merkelin reytinqi kəskin azalıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.