Now Reading:
Mehriban Əliyeva ən fəal deputat seçildi
Full Article 2 minutes read

Mehriban Əliyeva ən fəal deputat seçildi



Parlament Jurnalistləri Birliyi (PJB ) beşinci çağırış Azərbaycan Milli Məclisinin deputatlarının 2016-cı ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrini açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, PJB-nin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akkreditasiya olunan jurnalistlər iştirak edib: “Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçiririk. Bu, sayca 11-ci sorğumuzdur. Parlament jurnalistləri deputatların fəaliyyətini daha yaxından izləmək imkanına malikdirlər. Ona görə də onların seçimi daha obyektiv qiymətləndirilir ”.

Sorğu nəticəsində “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibi Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olub: “Millət vəkili Mehriban Əliyeva ötən il 28 May – Respublika günü münasibəti ilə “Amnistiya haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etdi. Mehriban xanımın qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi Amnistiya aktının qəbulu ilə 3500 nəfər məhkumluqdan azad edilib, ümumilikdə bu akt 10 minə qədər insanı əhatə edib. Parlament jurnalistlərinin böyük əksəriyyətinin fikrincə Mehriban Əliyeva nəinki təmsil etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir. Birinci xanım ölkəmizi beynəlxalq tədbirlərdə də fəal təmsil edib ki, parlament jurnalistləri bunu da yüksək qiymətləndiriblər. Bununla onu demək istəyirəm ki, Mehriban Əliyeva daha iki nominasiya üzrə də qalib olub”.

“İlin ən fəal deputatı” nominasiyasının qalibləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Əflatun Amaşov və Çingiz Qənizadə olub.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri isə Qənirə Paşayeva, Yevda Abramov, Vahid Əhmədov və Əli Məsimli olub.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri isə Bahar Muradova, Fuad Muradov, Sevinc Fətəliyeva, Azay Quliyev, Rövşən Rzayev və Cavanşir Feyziyevdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.