Now Reading:
Mehman Hüseynovun şikayəti təmin olunmadı
Full Article 1 minutes read

Mehman Hüseynovun şikayəti təmin olunmadı



Bloqqer Mehman Hüseynovun iki illik həbsindən verilmiş apellyasiya şikayəti təmin olunmadı. Bakı Apellyasiya Məhkəməsi bu barədə qərarını aprelin 12-də elan edib.

Vəkil Elçin Sadıqov qərarın əsassız olduğunu, Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib: «Ali Məhkəmə də şikayətimizi təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik».

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

***Buna da bax-Mehman Hüseynov: ‘Məni uzatmışdılar, biri də üstümdə oturmuşdu’

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerin işgəncə iddialarını əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Şikayətdə M.Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

24saat.org

Mənbə – azadliq.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: