Now Reading:
Mehdi Səlimzadə gözdən pərdə asır…- 1-ci qrup əlilindən PREZİDENTƏ ŞİKAYƏT
Full Article 3 minutes read


Göyçay rayonu Cəyirli kəndi sakini 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən AFN-in redaksiyasına şikayət məktubu daxil olub. O, ailəsinə düşən pay torpağının səlahiyyətli şəxslər tərəfindən satıldığını iddia edir. Şikayət məktubunu təqdim edirik:
“Mən Göyçay rayonu Cəyirli kənd sakiniyəm. Bizim ailəyə düşəcək pay torpağımızı saxtakarlıqla satıblar ki, buna görə mətbuatdakı ilk çıxışımdan sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə məni qəbul etdi və torpaqla təmin edilməyim üçün yanımda Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevə göstəriş verdi. Qəbuldan sonra bələdiyyə sədri Fuad Nəbiyev mənə dedi ki, icra başçısı sənin yanında gözdən pərdə asmaq üçün belə deyir, sonra isə tapşırdı ki, məndən şikayətçi olduğu üçün bir qarış da olsun, Güağa Quliyevə torpaq vermə”.

Şikayətçi bildirir ki, 18 dekabr 1969-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndinə doğulub: “Bu günə kimi burada yaşasam da, 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilməmişdir ki, bu açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır. Hazırda isə 4 nəfərdən ibarət ailə üzvüm var. Heç bir qanuni əsas olmadan mənə pay torpağı verilməmiş, bu hüquqdan məhrum edilmişəm. Buna görə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyrevə dəfələrlə müraciət etsəm də, heç bir tədbir görülməmişdir. Mənə gətirilən bahanə isə tam əsassızdır. Bildirirlər ki, həmin illərdə sən Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə, sənə pay torpağı düşməyib. Bu, tam əsassız bir yalan, bəhanədie ki, bunun heç bir qanuni əsası yoxdur. Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasam da, faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs olmayan günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizə gəlib yaşamışam. Həmin vaxtı kəndindən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilmişdir.
Göyçay rayon Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev saxtakarlıq yolu ilə torpaqları satıb talayırlar. Nəticədə də kənd cammatı çıxılmaz vəziyyətə düşüb. Nəbiyev qardaşları Cəyirli bələdiyyəsinə məxsus torpaqları qohumlarının adına sənədləşdirib, külli miqdarda kənd sakini olmayan şəxslərə satırlar.
Gəlib yerində obyektiv araşdırma aparılarsa, subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib, satmaqla məşğuldur. Bu yolla o, hektarlarla torpaq sahəsini satıb talan etmişdir. Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyevlə əlbir olub, saxtakarlıqla kəndə məxsus fermanı ələ keçirib satmışlar.
Özüm 1-ci qrup əliləm, heç bir yerdə işləmirik. İstəyimiz odur ki, torpağımız olsun, əkin-biçinlə məşğul olub ailəmizi dolandıraq. Torpaqsız kəndli kor insan kimidir. Mən ümüd edirəm ki, müraciətim obyektiv araşdırıb ciddi tədbirlər görəcəksiniz.
Mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm, göstərdiyim faktları obyektiv araşdırıb, qanuni qaydada mənə pay torpağı verilməsinə köməklik edəsiniz və Cəyirli kənd torpaqlarını saxtakarlıqla satıb talan etmiş Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin barəsində tədbirlər görəsiniz”.




Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.