Now Reading:
MDB ölkələri üçün terror təhlükəsi
Full Article 2 minutes read


“Beynəlxalq terrorçular Suriya və İraqda məğlub olandan sonra yenidən qruplaşaraq Yaxın Şərqin hüdudlarından kənara çıxırlar”.

Bunu Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, terrorçuların əsas mərkəzi Əfqanıstandır: “Bu ölkədə İŞİD-in mövqeləri mövcuddur. Artıq oradan terrorçuların MDB ölkələrinin ərazisinə keçmək imkanı var”.

Bortnikov bildirib ki, MDB ölkələrinin təhlükəsizlik orqanları Suriyada terrorçular tərəfindən döyüşmək üçün müəyyən şəxsləri göndərən 11 kanalı bağlayıb.

O, əlavə edib ki, xüsusi xidmət orqanları təşkilata daxil olan dövlətlərin diplomatik nümayəndəliklərinə hücumun qarşısını alıb.

Virtualaz.org xatırladır ki, bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 43-cü iclası başlayıb.

İki gün davam edəcək iclasda iştirakçılar 15 məsələyə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın müxtəlif aspektlərinə baxacaq, “Sipər-2017” xüsusi taktiki təlimlərin yekununu vuracaq, yeni birgə antiterror əməliyyatlarının keçirilməsi barədə razılığa gələcəklər.

Bundan əlavə, görüşdə MDB Antiterror Mərkəzinin 2018-ci il üçün planlaşdırılan fəaliyyəti, təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının işinin səmərəliliyinin artırılması və növbəti il üçün iş planı müzakirə ediləcək.

Qeyd edək ki, bu Şura 1997-ci ildə yaradılıb. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində və xüsusi xidmət orqanlarının fəaliyyətinin razılaşdırılmış digər sferalarında səmərəli əməkdaşlığı təmin etməkdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.