24 saat

“Maşın”da inanılmaz hadisə – Təranə Sərxana butulka atdı


Bu gün də “Maşın” şounun növbəti buraxılışı baş tutub.

24saat.org axşam.az-a istinadən bildirir ki, bu dəfə də oyun qalmaqalsız ötüşməyib.

Belə ki, naharda müğənni Təranə Qumralla aktyor Sərxan Kərəmoğlu dalaşıb. Söz savaşına ilk öncə müğənni başlayıb və hətta Sərxanı söyüb: “Deyəcəm ki, şalvar geyinib….”.

Bundan sonra Kərəmoğlu Təranəyə canlı yayımda ağzının danışığını bilməyi xahiş edib:

“Canlı yayımda məni iynənin ucu boyna təhqir etsən, onda ağzımdan çıxan sözlərin qarşısını heç kim ala bilməz. Mən “Get, qatığını çal” deməklə səni təhqir etməmişəm. Sən xanımsan, gedib süd alıb, qatığını çala bilərsən. Sən əgər savadlı olsaydın, deyərdin ki, “Onda sən də al əlinə çomağı, get, çobanlığını elə ki, mən qatığımı çalım”. Nə təhər məxluqsunuz siz, nə təhər adamsınız? Hansı kişiliyinizə güvənirsiniz?”

Daha sonra aktyor da ifaçını söyüb və cavab olaraq T.Qumral ona butulka atıb.

Mübahisənin böyüdüyünü görən cangüdənlər də məşhurları sakitləşdirməyə gəliblər.
Əsəblərinə hakim ola bilməyən S.Kərəmoğlu göz yaşları axıdıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: