Marneoli rayon Kürdlər kəndində məktəb problemi


Marnouli rayonunda yerləşən, Həsən Xeyirzadə adına Kürtlər kənd orta məktəbi qəzalı vəziyyətdədir.

Kənd sakinlərinin bildirdiyən görə 1959-cü ildə istifadəyə verilmiş məktəb bu günə qədər bir dəfə də olsun əsaslı təmir olunmayıb.

Məktəb binasının divarları aşınıb. Tavan və döşəmədə çoxlu sayda dəliklər var. Qapı və pəncərələrin bəzilərinin şüşələri sınıb, bəzilərinki isə tamaiylə yox vəziyyətindədir. Məktəbin yeganə ayağyolusu isə pis vəziyyətdə olmaqla bərabər, həm də məktəb binasından ayaqyoluna getməyə normal yol belə yoxdur.

Mətktəb müəlliməsinin bildirdiyinə görə, dəfələrlə rayon rəhbərliyinə, Təhsil Nazirliyinə və digər dövlət qurumlarına məktəbin təmiri üçün müraciət etsələr də, problem həllini tapmayıb. Vəziyyət o həddə çatıb ki, artıq məktəbi təmir etmək belə mümkünsüzdür. Bina tam yararsız vəziyyətdədir və sökülüb yenidən tikilməlidir.

“Bizdə təhsil səviyyəsi digər kəndlərə nisbətdə çox yaxşıdır. Kənddə olan insanların çoxu gürcü dilin yaxşı bilir. Şagirdlərimiz Gürcüstan universitetlərinə qəbul olunur. Dərsliklərlə bağlı da problemimiz yoxdur. Müəllimlər də işlərinin öhdəsindən gəlir. Tək problemimiz normal məktəb binamızın olmamasıdır”. – Deyə məktəb müəlliməsi bildirir.

Məktəb şagirdləri də yaranan vəziyyətdən narahatdırlar. Əsasən də qış aylarında məktəbdə oturmağın mümkünsüzlüyündən şikayətlənirlər. “Havalar soyuyan kimi istilik problemimiz yaranır. Məktəbin şüşəsiz qapı və pəncərələrini plonka ilə örtməli oluruq. Sinifləri normal isitmək olmur. Yağış yağanda sinifdə oturmaq mümkünsüzdür. Buna görə də bəzən dərslərimiz təxirə salınır və ya ləngiyir”. – deyə sinif şagirdlərindən biri şikayətlənir.

Kənd sakinləri qış aylarında qar və yağış yağdıqda, yaxud çox soyuq olduqda uşaqlarını məktəbə buraxa bilmədiklərindən və illərlədir məktəb qəzalı vəziyyətdə olsa da heç bir dövlət qurumunun onların problemlərini həll etmədiyini bildirir.

“Dövlət qurumlarından bir-neçə dəfə gəlib baxıb gediblər. Başqa heç nə olmayıb. Bir də seçkilər başlayanda gəlib bütün problemlərimizi qaydaya salacaqlarından tutumuş məktəb təmirinəcən söz verirlər. Səs də veririk, amma sonra heç bir şey həll olunmur. Hər bir problemdə aldadıldığımız kimi məktəb təmiri problemində də aldadılırıq”. – deyə valideyinlərdən biri şikayətlənir.

Məsələyə münasibət bildirən Marneuli Resurs Mərkəzinin nümayəndəsi Kənan Məmmədov isə, məsələ ilə tanış olduğunu və Sentyabrn 13-də Təhsil Nazirliyinin cavabdeh işçiləri ilə birlikdə məktəbin vəziyyətinə baxış keçirdiyini və məktəbin kollektivi ilə görüşdüyünü bildirib.

“Məktəb tikildikdən bəri çox cüzi təmir işləri olub. Amma bu ilin təmir planında gələn il üçün məktəbin təmirini nəzərdə tutmuşuq. Təhsil Nazirliyinə də dəfələrlə müraciət etmişik bu barədə. Təhsil Nazirliyində məktəblərin təmir və tikinti işləri ilə məşğul olan departament var və həmin departament növbəti il üçün məktəbin tikintisini nəzərdə tutub. Hətta bu günlərdə həmin məktəbin ayağyolusu vardı gündəmdə. Hansı ki, bugünkü gündə oranın tez bir zamanda tikilməsi vacibdir. Bununla əlaqədar olaraq, artıq həmin yerin planı da hazırlanıb, çertiyoju da çəkilib. Departament tərəfindən bura gəliblər və şəkillər çəkilərək burdakı məlumatlar da götürülüb. Yaxın günlərdə artıq məktəbin ayaqyolusunun tikintisinə başlanacaq. Məktəbin tikintisi isə gələn ilə nəzərdə tutulub”. – Deyə Məmmədov bildirib.

Məmmədov həmçinin məktəbin təmirinin yox, yenidən tikilməsinin vacib olduğunu təsdiqləyib və elə bu səbəbdən də məktəb probleminin həllinin illərlədir uzandığını bildirib. “Məktəb ilk vaxtlarında taxta materialdan tikildiyinə görə, oranı təmir etmək mümkünsüzdür. Hazırda məktəbin təmiri yox, yeni məktəb binasının tikintisi nəzərdə tutulur.” – Deyə Məmmədov bildirib.
Rahim Şalıyev
liberali.ge

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

Gömrük Komitəsinin idxaldan gizlətdiyi milyardlar

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: