Now Reading:
“Manat ilin sonuna qədər dəyişməyəcək”
Full Article 40 second read

“Manat ilin sonuna qədər dəyişməyəcək”



“Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də “üzən məzənnə” rejimində öz dayanıqlığını axtarır”.

“Report”-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”, – deyə E.Rüstəmov vurğulayıb.

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: “Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.