Now Reading:
Manat əksər xarici valyutalara nisbətdə bahalaşıb
Full Article 30 second read

Manat əksər xarici valyutalara nisbətdə bahalaşıb



Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 16-a olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 13-ü ilə müqayisədə dəyişməyərək 1,7867 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8970 manatdan 1,8959 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0300 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4742 manatdan 0,4754 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1739 manatdan 2,1495 manatadək azalıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6527 manatdan 0,6589 manatadək bahalaşıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.