Now Reading:
Magistraturaya sənəd qəbulu bu gün başa çatır
Full Article 50 second read


Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün sənəd qəbulu bu gün başa çatır.

Virtualaz.org Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 12 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Elektron ərizələrini DİM-də təsdiq etdirməli olan digər bakalavrlar isə tələb olunan sənədləri saat 17:00-dək Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.