Now Reading:
Macarıstan xarici universitetlərə əngəl yaradan qanunu təsdiqlədi
Full Article 1 minutes read

Macarıstan xarici universitetlərə əngəl yaradan qanunu təsdiqlədi



Macarıstanın prezidenti Janos Ader xarici ölkə diplomu verən ali təhsil müəssisələrinin fəaliyyətinin çətinləşdirilməsini nəzərdə tutan qanunu təsdiqləyib.

Prezidentin mətbuat ofisindən verilən açıqlamada Milli Məclisdə 4 apreldə qəbul edilən qanunun Prezident Ader tərəfindən imzalandığı bildirilib. Prezidentin adından açıqlamada bu ifadələr yer alıb: “Mənə verilən müddət içində qanunun beynəlxalq razılaşmalara və konstitusiyaya uyğunlaşmasını araşdırdım. Hüquqi dəyişikliyin Konstitusiyanın 10-cu maddəsindəki təhsil və tədris azadlığına zidd olmadığı qənaətinə gəldim.”

Qanuna görə, Avropa Birliyi üzvü (AB) bir ölkəyə bağlı olmayan xarici universitetlərin Macarıstanda fəaliyyət göstərə bilməsi üçün universitetin müqavilə imzalanması lazım olacaq.
Bir çox siyasətçilərin və elm adamlarının narazılıqla qarşıladığı qanun haqqında Almaniya prezidenti Frank-Valter Steinmeier “bu an Budapeştdə CEU-ya qarşı edildiyi kimi vətəndaş cəmiyyəti və ya elmi nəfəssiz buraxmağa istiqamətli addımlara Avropa səssiz qala bilməz” demişdi.

Prezident Aderin məlum qanunu imzalamaması üçün paytaxt Budapeştdə dünən təşkil edilən etiraz nümayişinə on minlərlə adam qatılıb. Hökumətin bu qanunu macar əslli amerikalı iş adamı Corc Sorosun maliyyələşdirdiyi, ölkədəki ən nüfuzlu universitetlərdən olan Orta Avropa Universitetinin (CEU) fəaliyyətini əngəlləmək məqsədi daşıdığı iddia edilir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.