Now Reading:
Məleykə Əsədova Ramiz Məlikin məhkəmə çəkişməsi – Qərar verildi
Full Article 40 second read


Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

az24saat.org-un “Report”a istinadən xəbərinə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki iddia təmin edilməyib.

M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: “Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək”.
Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.