Now Reading:
Məktəblərdə qış tətili başlayır
Full Article 50 second read


Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni beş gün olacaq.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar).

– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq.

Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin yeddi günü istirahət edə biləcəklər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.