Now Reading:
Məktəb direktoru ilə müəllimlər arasında dərs bölgüsü davası – ŞİKAYƏT
Full Article 3 minutes read


Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin bir qrup müəllimi – Bakı şəhər sakini Elçin Abbasov, onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova, Cəlilabad rayonunun Günəşli kənd sakini Azad Dadaşov bu məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev və onun müavini səlahiyyətlərini icra edən Həsənağa Əliyevdən şikayətçidir.

Bizimyol.info-ya göndərilən müraciətdə şikayətçilər bildiriblər ki, direktor dərs bölgüsündə müəllimlərin göstərcilərini nəzərə almır: “Bu müraciətə imza atanlardan Bakı şəhər sakini Elçin Abbasov “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli 85 nömrəli qərarına əsasən respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr çatışmazlığı probleminin həlli məqsədi ilə təsdiqlənmiş “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”na əsasən 2006-cı ildən bu məktəbdə çalışır. Onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova da ADPU-nu bitirib və təyinatla 2006-cı ildən həmin məktəbdə işləyir. Hər iki müəllim indiyədək qüsursuz fəaliyyət göstərib. Hər iki müəllim Müəllimlərin Diqnostik Qiymətləndirməsində məktəb üzrə ən yüksək bal toplayıb.

Buna baxmayaraq, məktəb rəhbərliyi onların göstəricilərini nəzərə almayıb və dərs bölgüsünü düzgün aparmayıb. E.Abbasov və Ü.Abbasova dəfələrlə dərs saatının az olmasının səbəbini öyrənməyə, gənc müəllim ailəsi olaraq üzləşdikləri bu ayrı-seçkiliyin nədən qaynaqlandığını aydınlaşdırmağa çalışıblar. Məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev hər dəfə bəhanə kimi eyni ailədən iki nəfərin bir müəssisədə çalışdığını, bu müəllimlərin Alar kəndinin sakinləri olmadığını göstərmiş və 2 saylı Alar kənd orta məktəbindəki işlərindən çıxaraq, qeydiyyatda olduqları yerlərdə işləməyi məsləhət görüb. Növbəti dəfə şifahi şəkildə dərs saatı ilə bağlı müraciətə cavab olaraq məktəb rəhbərliyi E.Abbasov və Ü.Abbasovanın dərs saatlarının yerini onlara mənfi təsir edəcək formada dəyişdirib, bununla da onların qonşu Günəşli kəndində yaşadığını bilə-bilə gənc ailəyə əlavə problem yaradıb”,-deyə müraciətdə qeyd olunub.

Müraciətdə o da bildirilib ki, müəllimlər diqnostik qiymətləndirmədə məktəb üzrə ən yüksək bal toplamasına baxmayaraq, məktəb rəhbərliyi onların göstəricilərini nəzərə almadığını və dərs bölgüsünü düzgün aparılmadığını qeyd ediblər: “Dərs saatları ilə bağlı edilən şikayətdən sonra isə L.Seyfullayev nəinki tədbir görüb, əksinə 2017-ci il noyabrın 22-də məktəbin Pedaqoji Şurasının iclasını çağıraraq həmin iclasda E.Abbasovun üzərinə hücum edib, onu təhqir edib. Təhsil Nazirliyinə edilən şikayətlərə Cəlilabad Rayon Təhsil Şöbəsində baxılıb, şəxsən şöbənin müdiri Elminaz Nadirova E.Abbasov və Ü.Abbasovanı dinləyib və L.Seyfullayevə problemin həlli üçün konkret göstərişlər verib. Buna baxmayaraq, məktəb rəhbərliyi etdiyi təhqirlərə görə E.Abbasovdan üzr istəməyib”.

Bizimyol.info-nun müəllimlərin müraciəti əsasında göndərdiyi sorğuya Cəlilabad Rayon Təhsil Şöbəsi cavab verib: “Məlumat üçün bildiririk ki, Alar kənd 2 nömrəli tam orta məktəbinin direktoru səlahiyyətlərini icra edən Seyfullayev Lətif Məzahim oğlunun rüşvət istəməsi barədə səs yazısı ilə əlaqədar bildirik ki, L.Seyfullayev Cəlilabad RTŞ-ya dəvət olunub və onun verdiyi məlumata görə haqqında qeyd olunan məlumatlar böhtan və iftiralardan başqa bir şey deyildir. O, qeyd edib ki, işlədiyi məktəbin müəllim və texniki işçilərindən hər hansı məqsədlə pul tələb etməyib. Bunu məktəbdə çalışan işçilər də təsdiq ediblər”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.