Now Reading:
“Məhkumluq həyatı yaşayan şəxs ömürlük işləməkdən məhrum edilə bilməz”
Full Article 3 minutes read


Əliməmməd Nuriyev: “Hadisələrin çoxu müəssisə rəhbərlərinin günahı ucbatından baş verir”

Mübariz Abbasov: “Bakıda 3008 sürücüdən 461-nin məhkumluq həyatı yaşadığı məlum olub. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq”

“Bakı Nəqliyyat Agentliyində keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub. Daxili İşlər Nazirliyindən BNA-ya daxil olan məlumatda bildirilir ki, 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşayıb. Bu məsələ ilə əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq”. Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.
Yanvarın 6-da Zığ şossesində 20 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədə 175 saylı marşrutun sürücüsünün də soyğunçuluq maddəsi ilə məhkumluğu olduğu, həmçinin sürücülük hüququnun olmadığı məlum olmuşdu. Azərbaycan qanunvericiliyi məhkumluğu olan şəxsin işə qəbul olunmasını qadağan etməsə də, işə götürən vətəndaşı işə götürməmişdən öncə müəyyən araşdırma aparmalı, ictimai təhlükəli əməllərə görə məhkum olunmuş şəxsləri avtobus sürücüsü kimi işə götürən zaman diqqətli olmalıdır. İctimai təhlükəli şəxslər sayılan bu kateqoriya damlara gün ərzində yüzlərlə insanın taleyini tapşırmaq təcrübədə də göründüyü kimi təhlükəli hallarla nəticələnə bilər.
Ədliyyə Nazirliyi Yanında Məhkumların İslah Edilməsində İctimaiyyətin İştirakı və Cəza İcra Edən Müəssisələrin Fəaliyyətinə İctimai Nəzarəti Həyata Keçirən Komitənin koordinatoru Əliməmməd Nuriyev Bizimyol.info saytına açıqlamasında deyib ki, məhkumluğu olan sürücülərin hansı cinayət əməli nəticəsində məhkumluğu olması aydınlaşdırılmalıdır. Əgər nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunubsa və buna görə sürücülük hüququndan məhrum olunubsa, bu halda, onun avtobus sürücüsü kimi fəaliyyət göstərməsi yolverilməzdir. Əgər şəxsin sürücülük hüququndan məhrumetmə müddəti başa çatıbsa və yenidən sürücülük hüququ qazanıbsa, onun işləməsində heç bir problem yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, şəxs bir dəfə hər hansı səbəbdən məhkumluq həyatı yaşayıbsa, o ömürlük olaraq işləməkdən məhrum edilə bilməz. Məhkumluğun vaxtından əvvəl götürüməsi, məhkumluğun başa çatması müddətləri var ki, bundan sonra şəxs iş fəaliyyətini davam etdirə bilər.

Bir neçə gün əvvəl 175 saylı marşrut xəttində qəza törədən sürücünün soyğunçuluq maddəsi məhkumluğunun olması və sürücülük hüququ olmadan avtobus idarə etməsi ilə bağlı məsələyə gəlincə ekspert deyir ki, bu halda həmin marşrut xəttinin sahibi və nəzarətedici orqanlar məsuliyyət daşımalıdır. “İlk növbədə müəssisə rəhbəri şəxsi işə götürən zaman onun barəsində bütün məlumatları almalıdır. Məhkumluğu varmı, hansı hüquqlardan məhrum edilib, sürücülük vərdişləri necədir, sənəd kateqoriyası avtobus sürməyə imkan verirmi və s. məlumatların hamısını dəqiqləşdirdikdən sonra içşə götürməklə bağlı sərəncam verməlidir. Təəssüf ki, şirkətlərin çoxu bu məsələləri dəqiqləşdirmir. Çünki onlara daha aşağı qitmətlərlə işçi cəlb etmək maraqlıdır. Hadisələrin çoxu da məhz həmin müəssisə rəhbərlərinin günahı ucbatından baş verir. Biz bəzən cəzaçəkmə müəssisəsində bu kimi halalrın nəticələri ilə rastlaşırıq. Məsələn 21 yaşlı gənci sürücülük hüququ olmadan avtobus sürücüsü kimi işə götürüb, hımin şəxs də adam vurduğuna görə cəza aldı, amma şirkətin rəhbəri heç bir məsuliyyət daşımadı. Əslində bu kimi halllarda həmin vəzifəli şəxslər cinayətin birbaşa iştirakçısı olmasalar da, cinayətə şərait yaradan tərəf kimi məsuliyyətə cəlb edilmlidirlər”.

Ə.Nuriyev qeyd edir ki, vaxtilə bu sektiorda həddindən artıq bərbad bir vəziyyət yaranmışdı: “Kimin pulu varsa ona xətti verirdilər, o da yoxlamadan istənilən adamı sürücü kimi işə cəlb edirdi. Yaxşı ki, indi BNA yaradılıb və bu məsələlərlə bağlı nəzarəti həyata keçirəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: