Now Reading:
Məhkəmədə Leyla Şıxliniskayaya XƏBƏRDARLIQ edildi
Full Article 3 minutes read


Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya”nın klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva , Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, sədrlik edən hakim Əfqan Hacıyev iş üzrə 69 nəfər şahidin olduğunu, onlardan sadəcə 13 nəfəri dindirildiyini deyib. Məhkəmə prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Hakim qeyd edib ki, Leyla Şıxliniskaya da məhkəməyə gəlməsi üçün sonuncu xəbərdarlıq edilir.Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. İstintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

“Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl klinikanın sahibi Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib.

Şəhla Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.

Leyla Şıxlinskaya isə mətbuata açıqlamasında bu cinayət işinin onunla əlaqəsinin olmadığını bildirmişdi. “Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər – baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”.

Qeyd edək ki, “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayınması ilə bağlı hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılması barədə mediada məlumatlar dərc edilib.
bizimyol.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.