Now Reading:
Lukaşenko Kreml qarşısında geri çəkildi
Full Article 50 second read

Lukaşenko Kreml qarşısında geri çəkildi

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Gömrük Kodeksini imzalayıb.
Publika.az Belarus BELTA rəsmi informasiya agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə başçısının mətbuat katibi Natalya Eysmont bildirib.

“Təsdiq edə bilərəm ki, dövlət başçısı Gömrük Kodeksi də daxil olmaqla, sənədlər paketini imzalayıb”, – mətbuat katibi deyib.
Xatırladaq ki, 2016-cı ilin dekabrında Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının dövlət başçıları səviyyəsində Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib. Gömrük Kodeksinin təsdiq edildiyi iclasda Aleksandr Lukaşenko iştirak etmirdi.
Həmin iclasda yalnız Rusiya, Ermənistan və Qazaxıstan kodeksi imzalamışdı. Qırğızıstan onun imzalamaqdan imtina edib. Qırğızıstan prezidenti Almazbek Atambayev bildirdi ki, ittifaq ölkələrinin əməkdaşlığında neqativ məqamlar çoxdur və bu, onun ölkəsinin inteqrasiyasına mənfi təsir edir.
Gömrük Kodeksinin Avrasiya İqtisadi İttifaqı ərazisində 2017-ci ilin 1 iyul tarixindən tətbiq olunacağı gözlənilir. Bu kodeksin tətbiqindən bir il sonra – 2018-ci ildən etibarən, ittifaq ölkələrinə xarici malların internet üzərindən sifariş edilərək, vergisiz daxil olmasında azalmalar olacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.