Now Reading:
Lukaşenko: “Belarus-Azərbaycan münasibətləri dayanıqlı strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəsinə çatıb”
Full Article 40 second read

“Əminəm ki, qarşılıqlı etimada əsaslanan Belarus-Azərbaycan münasibətləri hər iki xalqın rifahı naminə gələcəkdə də dinamik şəkildə inkişaf edəcək”.



 

APA-nın Belarus prezidentini saytına istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubda deyilir.

Məktubda bildirilir ki, Belarus-Azərbaycan münasibətləri son illər dayanıqlı strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəsinə çatıb: “Hər iki dövlət çoxtərəfli arenalarda məhsuldar əməldaşlıq edir, vacib beynəlxalq məsələlərdə həmrəy mövqe sərgiləyir. Birgə səylər nəticəsində əməkdaşlığın sarsılmaz iqtisadi bünövrəsi qurulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.