Now Reading:
Levada seçkiyə dair sorğu nəticələrini açıqlamaqdan niyə qorxur?
Full Article 2 minutes read


Rusiyada qarşıdan gələn seçki barədə rusiyalıların fikirlərini öyrənmək müşkül bir işə çevrilir.

AzadlıqRadiosunun müxbiri Tony Wesolowsky yazır ki, ölkənin əsas ictimai rəyi öyrənmə agentliyi – Levada Mərkəzi bəyan edib ki, seçkiyə dair rəy sorğuları nəticələrinin dərcini dayandırır.

Buna səbəb müstəqil sorğu mərkəzinin mümkün hüquqi nəticələrdən ehtiyatlanmasıdır.

Bu isə ona görə baş verə bilər ki, Levada yeni qanuna əsasən 2016-cı ildə xarici agent elan edilib.

Levada xarici şirkət deyil, lakin o xaricdən maliyyə vasitələri alıb.

Mərkəzin direktoru Lev Qudkov yanvarın 16-da Rusiyada çıxan gündəlik Vedomosti qəzetinə deyib ki, Levada seçkiyə dair rəy sorğularını keçirir, lakin onlaırn nəticələrini seçki kampaniyası zamanı çap etməyəcək.

Qudkov bildirib ki, hakimiyyət bu nəticələrin dərc edilməsini seçkiyə müdaxilə kimi qiymətləndirə bilər. Onun sözlərinə görə, bu halda hakimiyyət orqanları Levadanı bağlamaq fikrinə düşə bilər.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Levadanın seçkiyə dair rəy sorğularının nəticələrini dərc edə bilməməsi təəssüf doğurur, lakin bu, qanunun tələbindən irəli gəlir.

Putinin martın 18-də keçiriləcək bu seçkidə qalib gələcəyi şübhə doğurmur. Hazırda onun populyarlıq reytinqi 80 faizdir.

Levadanın Putinə ictimai dəstəyə dair apardığı sorğunun nəticələri Rusiya İctimai Rəy Mərkəzi (RİRM) və başqa dövlət sorğu təşkilatlarının nəticələrindən fərqlənmir.

Lakin bu nəticələr seçkidə adamların mümkün iştirakı məsələsində fərqlənir.

Levadanın dekabrda apardığı sorğunun nəticələrinə görə respondentlərin 28 faizi səsvermədə mütləq iştirak edəcəyini bildirmişdi. Daha 30 faiz “güman” ki, səs verəcyini demişdi.

Amma dövlət RİRM agentliyinin bu sahədə nəticələri daha nikbindir. Burada adamların 70 faizi seçki məntəqlərinə gələcəyini bildirib və 11 faiz “güman” ki, gələcəyini deyib.

Levada mərkəzinin direktoru Lev Qudkov


Qudkov Vedomosti qəzetinə deyib ki, Rusiyada hələ heç bir seçkidə seçici iştirakı 78 faizdən yuxarı olmayıb.

RİRM-in direktoru Valeri Fyodorov Vedomosti qəzetinə deyib ki, onun agentliyinin gəldiyi nəticənin Levada-dan niyə fərqləndiyini izah etmək olar.

O deyib ki, biz rəy sorğusunu telefonla aparırıq, onlar isə qapı-qapı… və mən bizim nəticələrə inanıram”.

Wesolowsky yazır ki, əsas məqam da elə budur. Rusiya hakimiyyəti qarşıdan gələn seçkidə mümkün qədər çox seçicinin iştirakında maraqlıdır. Putinin qələbəsi şübhə doğurmur, amma hakimiyyət bu qələbənin daha inamlı görünməsini istəyir.

Antikorrupsiya fəalı Aleksey Navalnı məhkumluğu bəhanə gətirilərək prezident seçkisinə buraxılmadıqdan sonra tərəfdarlarını seçkinin boykotuna çağırıb.

Rəsmilərin narahatlığı da məhz bu boykot çağırışının doğuracağı reaksiyadandır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.