Now Reading:
Lavrov: Qərbin “rusiyafobiyası” indi daha betərdir
Full Article 30 second read


Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Qərb ölkələrində “rusiyafobiya” Soyuq Müharibə dövründəki pik həddən də yüksəkdir.

“Bu rusiyafobiyanın misli görünməyib. Bunu Soyuq Müharibə dövründə belə görməmişik”, – Lavrov “Kommersant” qəzetinin yanvarın 21-də dərc etdiyi müsahibədə deyir.

«O zaman bəzi qaydalar, ədəb-ərkan varıydı. İndi bütün ədəb-ərkanı qırağa qoyublar», – o deyib.

Nazir həmçinin xəbərdarlıq edib ki, Rusiyanın “qırmızı xətləri” var və başqa ölkələr onları keçməməlidir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.