Now Reading:
Lavrov Ermənistanda Qarabağ məsələsini müzakirə edib
Full Article 30 second read

Lavrov Ermənistanda Qarabağ məsələsini müzakirə edib



Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan və İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Bu barədə Ermənistan XİN-in yaydığı açıqlamada bildirilir.

“Görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlar müzakirə ediblər”, – məlumatda deyilir.

Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: