Now Reading:
“Küçük demişəm, əcəb etmişəm” – təhqirinə haqq qazandırdı
Full Article 40 second read

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistləri təhqir etməsində özünü haqlı sayıb.



R.Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında bir-iki “küçük” jurnalist var, onu biabır etməklə məşğuldur: “Küçük sözünü demişəm, əcəb etmişəm. Gedib mənim dilimdən yalandan yazı yazırlar. Ona görə də, jurnalistlərdən özümə heç bir xeyir gözləmirəm. Məni tanıyan, tanıyır. Məni dünyanın əksər ölkələri Avropa, ABŞ və digər yerlərdə tanıyırlar. Amma siz mənə pislik etməklə məşğulsuz. Qulağınızda problem var. Nə deyirəmsə əksini yazırsız”.

Qeyd edək ki, modern.az saytının əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb. Amma akaddemik cavab vermək əvəzinə ağır təhqirlər səsləndirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.