Now Reading:
Kriptovalyutalar barəsində bilmək istədiyiniz hər şey bu müsahibədə – “Artıq banklar qorxuya düşüb”
Full Article 4 minutes read


Bizimyol.info Blokçeyn texnologiyas üzrə araşdırmaçı və təlimçi Qurbanəli Ömərlə müsahibəni təqdim edir.

-Azərbaycanda bitcoin alanların sayı çoxdurmu?

-Sosial şəbəkələrdə qey olunanlara əsasən, bitcoinlə maraqlanan azərbaycanlıların sayı beş mindən artıqdır. Amma ümumiyyətlə, bu elə bir sahədir ki, burda hər kəs özü barəsində məlumat vermir.Bu biznes sektorudur, heç kim burdakı uğurunu nümayiş etdirmək istəmirlər, bu rəqəmin təxminən 20 qat artıq olduğunu düşünürəm.
–Kriptovalyuta gəlirlərinə vergi qoyulurmu?
-Kriptovalyutalara vergi tətbiq edilmir, bu bir valyuta növüdür. Vergi o halda qoyulardı ki, o bir məhsul olardı. Bununla bağlı məsələlər Avropa Məhkəməsinə qədər getmişdi, lakin vergi qoyulmadı. Hazırda bu valyutalarla bağlı tənzimlənmələr aparılır. Bu elə bir sistemdir ki, bickoinə qadağa qoymaq mümkün deyil. Hər ölkə öz maraqları üçün ondan istifadə edir.
Bloqceyn texnologiyası təkcə bitcoindən ibarət deyil. Sadəcə Azərbaycanda bu kriptovalyuta daha populyardır.
– Bitcoini alan hardan almalıdır və onu necə daha etibarlı saxlamaq olar?
-Onlayn bizneslə bağlı istənilən informasiyanı internet şəbəkələrindən əldə etmək olur.Aldığ onlayn exchangedə, aldığı yerdə saxlayacaq – aldığı məhsulun nədən ibarət olduğunu öyrənə bilmək üçün. Lakin artıq bu yüklü miqdar olduqdan sonra xüsusi qurğularda internetə bağlı olmayan cihazlarda saxlya bilər.
-Kriptovalyutanı nağd pula çevirmək mümkündürmü?
Kriptovalyuta bir dijital valyutadır. Pulun üstündə rəqəmlər olur ,burda isə sizə ancaq rəqəmlər verilir. Kağıza çevriləndə dollar şəklində ya da istifadə edildiyi ölkənin valyutasına çevrilə bilər. hazırda Rusiyada, Türkiyədə, Çində, Ukraynada, Amerikada, Kanadada, Qazaxıstanda var. Amma günün məzənnəsinə uyğun olaraq. Tutaq ki, dünən 20 minə alınmış bitcoini bu gün məzənnə 10 mindirsə 10 minə sata bilər, burda dalğalanmalar çoxdur.
-Krptovalyutaların o cümlədən bitkoinin gələcəyini necə görürsünüz?
– Fikrtimcə bitcoin hər zaman mövcud olacaq. Amma ona müəyyən tənzimləmələr olacaq, hər bir ölkə ondan faydalanmağa çalışacaq, amma o hər zaman sahibsiz nəzarətsiz valyuta olaraq qalacaq. Məsələn Monero kimi valyutalar nəzarətsiz işlər üçün də istifadə olunur. Çirkli pulların yuyulması rüşvət kimi hallar üçün kriptovalyutadan istifadə halları da genişlənməkdədir. Hazırda terrorizmi dəstəkləmək üçün, silah narkotik alveri və s. məqsədlərlə kriptovalyutalar üzərindən puköçürmələr genişlənməkdədir. Çünki burda tərəflər barəsində məlumat əldə etmək olmur.
Hər bir ölkə onlayn bankinqlə bağlı öz blokceynini yazacaq və öz kriptovalyutasını buraxmağa çalışacaq, nəinki ölkə hətta hər bir şirkət bunu etməyə çalışacaq. Artıq bunun toxımları var. Artıq Estoniya dövlət olaraq öz kriptovalyutasını buraxacağını elan edib. Hər bir ölkənin öz kriptovalyutası olduqdan sonra rəqabət artacaq. Əsas məqsəd nə olmaldır? – insanlar saxta valyutalara aldanmasınlar.
– Bəs saxta kriptavalyutaları necə müəyyən etmək olar?
Hazırda 2 faizə qədər saxta şirkət və saxta kriptovalyutalar var. Onlar müəyyən yerə qədər insanları cəlb edib inandırdıqdan sonra hesablar sıfırlanır.Amma saxta şirkətlərdən belə öz zamanında faydalanmaq mümkündür. Zamanında alıb zamanındaq satmaqla.Kriptovalyutanın arxasında texnologiya dayanmayıbsa və o hansısa problem həll eləmirsə demək ki, saxtadır. Misal üçün hansısa kriptovalyuta yaradılanda onun bir məqsədi olur. Üstünlükləri olur hansısa bir problem həll edir. Məsələn pul köçürmələrinin gecikdirilməsinin qabağaını almaq üçün tətbiq edilən kriptovalyutalar var, rüsumların, komissiyaların aradan qaldırılmasını tətbiq edən kriptovalyutalar var. Bu texnologiya yoxdursa, o saxtadır. 30 faiz texnologiya olmalıdır. 30 fazi iqtisadiyyat önəmlidir. Bu bir valyuta növü olaraq istifadə edilməlidir.Lakin reklam da mühüm rol oynayır.idarəçiliyi etibarsız olan kriptovalyutalara insanların etibarı az olur.
– Kriptovalyuta hansı zərurətdən yaranıb?
-2008 ci ildə dünya iqtisadi böhranı zamanı belə bir problem ortaya çıxdı. Dünyadakı böyük iş adamları bir birlərinə pul göndərərkən problemlə qarşılaşırdılar, ciddi yoxlamalara məruz qalırdılar. Məsələn bəlkə terror məqsədi var və s. Saatlala bankda qalırdı. İş adamı üçün pulunun günlərlə bankda yatıb qalması maraqlı deyildi , onlar sürətli köçürmələr istəyirdilər. Bu texnologiyanın əsası 2009-cu ilə təsadüf edir. Bunun üstünlüyü odur ki, hər kəs pul göndərdiyi şəxsi görə bilir nəzarət daha yaxşıdır və şəffafdır. Kimsə əngəl törədə bilmir. Adam gizliliyini qorumaq istəyirsə bu da rahatlıqla olur. Amma indi hər yaxşı şey kimi bunun da pis tərəfləri var. Yəni rüşvət narkotik ticarəti, qaynar savaş ocaqlarının yaradılması terrorun maliyyələşdirilməsi məsələlərini də eyni gizliliklə həyata keçirmək mümkündür.
Ama bu indi əsas bankalrı narahat edir. Artıq Dünya Bankı başa düşür ki, bu texnologiyadan geri qalmamalıdır, bu əks halda bankların sonu ola bilər. Ona görə uyğun sistemlərin yaradılması üzərində iş gedir

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.