Now Reading:
Konstitusiya Məhkəməsinin iclası keçirilir
Full Article 50 second read

Konstitusiya Məhkəməsinin iclası keçirilir

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Qeyd edək ki, iyunun 29-da MSK iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib. C. Osmanov 19 674 (85.6%) səs toplayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.