24 saat

Konqresdə debatlar: Dindarlara təzyiqlərə görə Bakını yardımdan məhrum etmək lazımdırmı?


Obama administrasiyasının keçmiş top-meneceri Tramp administrasiyasını dini azadlıqları pozan ölkələrə yardım verilməsi imkanlarına yenidən baxılmasına çağırıb.

“Bu cür hallar Azərbaycan, Bəhreyn, Çin, İran, Rusiya, Səudiyyə Ərəbistanı və Tacikistanda baş verir. Bu, dinc dini baxışların terrorçuluq fəaliyyəti hesab edildiyi ölkələrin bir hissəsidir”,- Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rob Berşinski çərşənbə günü Nümayəndələr Palatasının milli təhlükəsizlik üzrə alt komitəsində dinləmələrdə bildirib.

“Belə siyasət təkcə dini icmalara və digər dinc mülki təşkilatlara təhlükə yaratmır, həm də dindarların radikallaşmasına səbəb olur”, – o qeyd edib.

Repressiv hökumətlər hökumətin birbaşa nəzarətindən kənar olan istənilən qeyri-hökumət qurumuna hakimiyyətə təhlükə kimi baxaraq onların üzərində nəzarətə can atırlar.

Odur ki, dini azadlıqlara hücum çox zaman siyasi müxalifətə, vəkillərə və insan hüquqları sahəsində fəallara, seks azlıqlara və etnik azlıqlara hücumların tərkib hissəsinə çevrilir

“Azərbaycan, Çin və Tacikistan hakimiyyətləri dinc siyasi müxalifət qruplarına və dini icmalara qarşı aqressiv əhval-ruhiyyədirlər və çox zaman öz hərəkətlərinə şübhəli əks-terror tədbirləri ilə bəraət qazandırırlar.

Ancaq bu hərəkətlər onların cəmiyyətlərində radikal baxışların yayılmasına xidmət edir”, – o vurğulayıb.

R.Berşinki ABŞ administrasiyasını avropalı müttəfiqlərlə qarşılıqlı diplomatik fəaliyyəti canlandırmağa, dini azadlıq və konfessiyalararası dialoqu, Mərkəzi və Şərqi Avropada antisemitizmə qarşı mübarizəni təşviq edən vətəndaş cəmiyyəti qrupları üçün xarici yardımın artırılması məsələsinə baxılmasına çağırıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Maykl Kozak deyib ki, ABŞ-ın dini azadlıqların qorunması üzrə səyləri Amerikanın milli maraqları ilə birbaşa bağlıdır. O əlavə edib ki, administrasiya təqib olunan dini azlıqlara yardım göstərilməsi məqsədilə Konqreslə əməkdaşlıq etmək istəyir”.

Xatırladaq ki, ötən ay konqresmenlər Kris Smit və Cim Makqovern “H. Res. 537” qanun layihəsini təqdim edərək insan hüquqlarının pozulması ilə əlaqədar Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqinə çağırıblar. (contact.az)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: