Now Reading:
Kerridən Fətullah Gülənlə bağlı açıqlama
Full Article 50 second read

Kerridən Fətullah Gülənlə bağlı açıqlama

ABŞ dövlət katibi Con Kerri Fətullah Gülənin Türkiyəyə təslim edilməsi ilə bağlı jurnalistlərin sualllarını cavablandırıb.
 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Kerri Gülənin Türkiyəyə geri verilməsinə dair onlara hər hansı müraciətin edilmədiyini deyib.
Kerrinin bu açıqlaması sosial şəbəkələrin Türkiyə seqmentində kəskin iradlara səbəb olub.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəqiqə bundan öncə İstanbulda xalq qarşısına çıxış edərkən Fətullah Gülənin deportasiyası üçün ABŞ-a müraciət edib. Ərdoğan Kerrinin çıxışını təkzib edən açıqlamasında bundan öncə də ABŞ prezidentinə bununla bağlı çağırış etdiyini diqqətə çatdırıb.
“Mən buradan Amerikaya səslənirəm. Ölkə rəhbərliyinə bundan öncə də çağırış etmişdim. Bildirmişdim ki, sizin torpaqlarınızda, Pensilvaniyada gizlənən o şəxsi (Fətulla Güləni nəzərdə tutur – red.) ya deportasiya edin, ya da bizə verin. Amma dinləmədiniz. İndi yenidən hərbi çevriliş cəhdindən sonra sizə səslənirəm. Bildirirəm ki, Pensilvaniyadakı bu şəxsi artıq Türkiyəyə təslim edin”-deyə Ərdoğan Obamaya müraciətində bildirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.