Now Reading:
Kemeron: ‘Britaniya əhalisinin iradəsi icra edilməli bir təlimatdır’
Full Article 50 second read

Kemeron: ‘Britaniya əhalisinin iradəsi icra edilməli bir təlimatdır’



“Britaniya əhalisi Avropa İttifaqından ayrılmağa səs verdi və vətəndaşların iradəsinə hörmət edilməlidir”.

APA-nın xəbərinə görə, bu barədə Devid Kemeronun Böyük Britaniyada dünən keçirilən referendumun nəticələri ilə bağlı bəyanatında deyilir.

D. Kemeron kampaniya boyunca onu dəstəkləyənlərə təşəkkür edib, “Brexit” tərəfdarlarını isə təbrik edib.

“Britaniya əhalisinin iradəsi həyata keçirilməli olan bir təlimatdır. Bu qərar qeyri-ciddi formada qəbul edilməyib. Çünki bu qərarın əhəmiyyəti barədə çoxlu sayda müxtəlif təşkilatlar fikir bildirib. Ona görə də nəticələrlə bağlı heç bir şübhə ola bilməz. Bütün dünyada insanlar Britaniyanın etdiyi seçimi izləyir. Mən bazarları və investorları bir daha əmin etmək istəyirəm ki, Britaniya iqtisadiyatı fundamental olaraq güclüdür. Mən, həmçinin, Avropa ölkələrində yaşayan britaniyalıları və burada yaşayan Avropa ölkələrinin vətəndaşlarını əmin etmək etmək istəyirəm ki, onların durumunda birbaşa dəyişikliklər olmayacaq. İnsanlarımızın səyahət etmələrində,mal və xidmətlərin hərəkəti ilə bağlı ilkin dəyişiklik olmayacaq”, – deyə Kemeronun bəyanatında vurğulanıb.

Bəyanatda, həmçinin, qeyd edilib ki, Böyük Britaniya indi Avropa İttifaqı ilə dialoqa hazır olmalıdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.