Now Reading:
Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs olundu – 7 il
Full Article 30 second read


Abşeron rayonu, Məhəmmədi kəndinin keçmiş bələdiyyə sədri Vaqif Nəbiyev məhkəmə zalında həbs edildi. Bu, fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Yarım ildən çoxdur ki, məhkəmədə V.Nəbiyevin işinə baxılırdı. Bir neçə nəfəri aldadıb pulunu ələ keçirməkdə suçlanan keçmiş bələdiyyə sədri CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib. İttihama görə, o, adamlardan torpaq ərazisi satmaq adı ilə pullarını alıb. Amma nə torpaq satılıb, nə də verilən pullar geri qaytarılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.