Now Reading:
Kamran Əliyev vəzifəsindən azad edildi – YENİ TƏYİNATLAR
Full Article 30 second read

Kamran Əliyev Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.



O, yeni vəzifəyə təyin olunub. 24saat.org-un xəbərinə görə, Kamran Əliyev  Oxu.Az-a bildirib ki, bundan sonra o, BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsində rəis vəzifəsini icra edəcək.

Həmin vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. Təqaüdə çıxdıqdan sonra rəis vəzifəsi vakant idi.

Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: