Now Reading:
Kamil Zeynallı “qara siyahı”ya salınacaq? – AZAL-dan açıqlama
Full Article 40 second read

Kamil Zeynallı “qara siyahı”ya salınacaq? – AZAL-dan açıqlama



ATV telekanalında yayımlanan “Kişi klubu”nun aparıcısı, tanınmış idman ustası Kamil Zeynallının “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarədə qeyri-etik hərəkətləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta qalmaqal o qədər böyüyüb ki, idmançı bu haqda xəbər yazan jurnalistləri təhqir etməkdən belə çəkinməyib.

“Azərbaycan hava Yolları” QSC məsələyə rəsmi münasibət bildirib.

AZAL-dan verilən məlumata görə, bu hərəkətinə görə Kamil Zeynallı “qara siyahı”ya salınmayacaq.

“Sərnişinin davranışı başqa sərnişinlərin rahatlığına və uçuş təhlükəsizliyinə bilavasitə təsir edə biləcək kimi qiymətləndirilərsə, onun adı arzuolunmaz sərnişinlər siyahısına əlavə oluna bilər. Hələlik heç bir rəsmi müraciət olmadığından Kamil Zeynallıya heç bir xəbərdarlıq da olunmayıb”.

Qurumdan bildirilib ki, uçuş zamanı təhlükəsizlik qaydalarını pozan sərnişinlər müvafiq milli qanunvericilik və beynalxalq qaydalar əsasında məsuliyyətə cəlb oluna bilərlər.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.