Kəmaləddin Heydərov TƏKLƏNİR!


Son günlərdə Fövqəladə Hallar Nazirliyində ixtisarlar aparılması barədə məlumatlar yayılır. İlkin məlumatlarda FHN-nin mətbuat katibi Oqtay Bayramovun, daha sonra ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Səbuhi Ağayevin işdən çıxarıldığı bildirilirdi. Oqtay Bayramov işdən azad olunmasını ailə məsələləri ilə əlaqələndirsə də, media bunu ixtisarlarla əlaqələndirir.

Daha sonra isə yenicağ.az məlumat yayıb ki, FHN-nin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinova işdən azad edilib.

24saat.org-a daxil olan məlumata görə, Sevda Şirinova Kəmaləddin Heydərovun yaxın adamı kimi tanınır. Bəzi iddialara görə, onlar sinif yoldaşı olublar.

Lakin FHN bu məlumatı təkzib edib. Azxeber.com-a nazilikdən bildirilib ki, Sevda Şirinovanın işdən çıxarılması barədə xəbər həqiqəti əks etdirmir.

24saat.org-un əldə etdiyi xəbərdə bildirilir ki, böhrana görə FHN-də ixtisarlar və strukrur dəyişiklikləri nəzərdə tutulur. Ona görə də işdən çıxarılmaların ixtisarlarla əlaqələndirilməsi səbəbsiz deyil.

Ümumiyyətlə, son aylar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun özü ilə də bağlı müxtəlif məlumatlar yayılır. Bəzi xəbərlərə görə, nazir artıq əvvəlki iqtisadi və siyasi gücünü itirib. Hətta ona məxsus olduğu iddia edilən “Gilan” Holdinqin tam gücü ilə fəaliyyət göstərmədiyi, bəzi mənbələrdə isə şirkətə nəzarətin sabiq nazir Fərhad Əliyevə verildiyi bildirilir.

Bunun əsas səbəbi maliyyə böhranı olsa da, başqa səbəb də göstərilir. İddia olunur ki, hakimiyyətdə yeni siyasi konfiqurasiyanın yaradılmasına hazırlıq prosesi gedir. Bu prorsesdə bir çox məmurlar sıradan çıxarılması nəzərdə tutulur. Ehtimal olunur ki, Kəmaləddin Heydərov da bu sıradadır. Hətta sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə yenidən etimad göstərilərək iri layihələrin ona tapşırılması da Kəmaləddin Heydərova qarşı akt kimi dəyərləndirlir.

Lakin bu ehtimalı bölüşməyənlər də var. Onların fikrincə, Kəmaləddin Heydərov yeni komandada da yer ala bilər. Hətta nazirin iqtisadi gücünü itirməsi barədə məlumatları da əsassız hesab edənlər.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü müəmmalı şəkildə hərbi xidmətə aparılıb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: